...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən müsabiqənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 4 May 2011 15:17 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə paytaxtın orta məktəblərinin şagirdləri arasında keçirdiyi "İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir" müsabiqəsinin nəticələrini açıqlayıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə paytaxtın orta məktəblərinin şagirdləri arasında keçirdiyi "İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir" müsabiqəsinin nəticələrini açıqlayıb. Trendin məlumatına görə, bununla bağlı təşkil edilən tədbirdə BŞTİ-nin rəisi Nailə Rzaquliyeva bildirib ki, müsabiqə inşa, rəsm, bədii qiraət və şeir nominasiyaları üzrə keçirilib.

Rzaquliyeva bildirib ki, şagirdlərin istedadının müəyyənləşdirilməsində valideynlərlə yanaşı, məktəb rəhbərliyi də xüsusi rol oynamalıdır.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov ölkə Prezidentinin təhsil sahəsinin inkişafına xüsusi diqqət göstərdiyini söyləyib.

Nazir bildirib ki, Azərbaycanda istedadlı gənclərin üzə çıxarılması üçün hazırda dövlət səviyyəsində iş aparılır.

Xəbər lenti

Xəbər lenti