...

Azərbaycanın Luvrla əməkdaşlığı inkişaf edəcək - mədəniyyət və turizm naziri

Cəmiyyət Materials 4 May 2011 16:05 (UTC +04:00)
Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə məşhur Luvr muzeyinin direktoru Anri Luarenin birgə mətbuat konfransı keçirilib.
Azərbaycanın Luvrla əməkdaşlığı inkişaf edəcək - mədəniyyət və turizm naziri

Azərbaycan , Bakı , 4 may / Trend , müxbir A.Məmmədova/

Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə məşhur Luvr muzeyinin direktoru Anri Luarenin birgə mətbuat konfransı keçirilib.

" Azərbaycanın Luvrla əməkdaşlığı Azərbaycan-Fransa mədəniyyətlərarası əlaqələrinin inkişafında mühüm yer tutur və biz ümid edirik ki, gələcəkdə bu əməkdaşlıq zənginləşəcək ", - Trend-in məlumatına görə, çərşənbə günü Əbülfəs Qarayev jurnalistlərə deyib.

Qarayev Luvrun direktoruna Azərbaycan ilə mədəniyyət sahəsində əməkdaşlığa və Azərbaycan mədəniyyətinin Fransada təbliğinə görə minnətdarlığını bildirib.

" Son illər Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan-Fransa mədəni əlaqələrinin inkişafında böyük rol oynayıb . Nəticədə i ki ölkənin mədəni əməkdaşlığı yüksək səviyyədədir ", - nazir əlavə edib .

Mətbuat konfransında Bakıda Luvrdan gətirilən kolleksiyaların və Azərbaycan Dövlət Tarix Muzeyinin eksponatlarının Parisdə nümayişi, eləcə də yeni Bakı Xalça Muzeyinin açılışı zamanı Luvrdakı kolleksiyalardan bir sıra nadir xalça nümunələrinin nümayiş olunması məsələləri müzakirə edilib .

Səfər çərçivəsində Anri Luare Xalça Muzeyinin yeni binasına keçiriləcək baxışda, eləcə də İncəsənət Muzeyində keçiriləcək "İncəsənət xəzinəsi" sərgisinin açılışında iştirak edəcək, "Qala" Muzey Kompleksi və Tarix-Etnoqrafiya Qoruğuna baş çəkəcək .

Xəbər lenti

Xəbər lenti