Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın təhsil naziri ali məktəblərdə ödənişli ixtisaslar üzrə təhsil haqqının artırılmasının tərəfdarı deyil.
"Ali məktəblərdə ödənişli ixtisaslar üzrə təhsil haqqı kifayət qədər yüksəkdir. Düşünürəm ki, yaxın illərdə ödənişli ixtisaslar üzrə təhsil haqqı artırılmamalıdır", - Trend-in məlumatına görə, cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
Bu il müəllim peşəsi üzrə ali məktəbləri bitirən şəxslərə təyinatın verilməyəcəyini xatırladan nazir deyib ki, yaxın vaxtlarda vakant müəllim yerlərinin siyahısı açıqlanacaq. Müəllim işləmək istəyənlər bu siyahıya əsasən elektron ərizələri təqdim etməklə, müsabiqədə iştirak edə bilərlər.
Azərbaycanın təhsil naziri ali məktəblərdə ödənişli ixtisaslar üzrə təhsil haqqının artırılmasının tərəfdarı deyil
Azərbaycanın təhsil naziri ali məktəblərdə ödənişli ixtisaslar üzrə təhsil haqqının artırılmasının tərəfdarı deyil.