...

Azərbaycanda diffamasiya haqqında qanunun qəbulu jurnalistləri məsuliyyətdən azad etmir - Əli Həsənov

Cəmiyyət Materials 11 May 2011 10:52 (UTC +04:00)
Bəziləri düşünürlər ki, diffamasiya haqqında qanunun qəbul olunması jurnalistləri bütün məsuliyyətdən, insanların şərəf və ləyaqəti ilə bağlı yazdıqları materiallara görə məsuliyyətdən azad edir.
Azərbaycanda diffamasiya haqqında qanunun qəbulu jurnalistləri məsuliyyətdən azad etmir - Əli Həsənov

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/

Bəziləri düşünürlər ki, diffamasiya haqqında qanunun qəbul olunması jurnalistləri bütün məsuliyyətdən, insanların şərəf və ləyaqəti ilə bağlı yazdıqları materiallara görə məsuliyyətdən azad edir. Amma bu, qətiyyən belə deyil. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Diffamasiya haqqında qanun jurnalistlər, jurnalist təşkilatları qarşısında ciddi məsuliyyətlər yaradır. Bundan sonra jurnalistlər daha məsuliyyətli olmalıdırlar, media qrupları və onlara rəhbərlik edən şəxslər öz mətbu orqanlarına daha məsuliyyətlə yanaşmalıdırlar. Eyni zamanda, jurnalist təşkilatları jurnalistlərin peşəkarlığının artırılması istiqamətində ciddi işlər görməlidirlər", - Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, jurnalistlərin öz fəaliyyətlərinə peşəkar yanaşması təmin edilməsə, cəmiyyətdə jurnalist və vətəndaş qarşıdurması, jurnalist və digər strukturların qarşıdurması davam edəcək.

"Diffamasiya haqqında" qanun layihəsinin hazırlanmasına 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə başlanılıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Xəbər lenti

Xəbər lenti