...

Kəmaləddin Heydərov: Bakıda hələ də təhlili aparılmayan yeni tikililər mövcuddur

Cəmiyyət Materials 11 May 2011 14:57 (UTC +04:00)
Bakıda hələ də təhlili aparılmayan yeni tikililər mövcuddur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.
Kəmaləddin Heydərov: Bakıda hələ də təhlili aparılmayan yeni tikililər mövcuddur

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Hacıyev/

Bakıda hələ də təhlili aparılmayan yeni tikililər mövcuddur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

Nazirin sözlərinə görə, binalar tikilən zaman müvafiq komissiya tərəfindən yoxlama aparılır. Yoxlamalar zamanı beton, armatur, digər konstruksiyalar təhlil olunur, tikinti nəzarətinin ekspertizası keçirilir.

"Bundan sonra yeni bina dövlət qeydiyyatına alınır", - nazir deyib.

O bildirib ki, tikilən binaların təhlilini Fövqəladə Hallar Nazirliyinin iki qurumunun və digər əlaqədar dövlət orqanlarının iştirakı ilə yaradılan komissiya aparır.

Tikilən bütün binaların təhlilinin aparılmasının vacibliyini qeyd edən Heydərov deyib ki, bu proses keçirilmədən binanın dövlət qeydiyyatına alınması mümkün deyil.

Xəbər lenti

Xəbər lenti