...

Diplomatlarımız Londonda təşkil olunmuş xeyriyyə yarmarkasında iştirak etdilər

Cəmiyyət Materials 12 May 2011 22:41 (UTC +04:00)
10-11 may tarixində Londonda CFAB (Uşaqların və Ailələrin Qorunması) təşkilatı tərəfindən xeyriyyə xarakterli 52-ci ənənəvi Beynəlxalq Yaz Yarmarkası keçirilmişdir.
Diplomatlarımız Londonda təşkil olunmuş xeyriyyə yarmarkasında iştirak etdilər

10-11 may tarixində Londonda CFAB (Uşaqların və Ailələrin Qorunması) təşkilatı tərəfindən xeyriyyə xarakterli 52-ci ənənəvi Beynəlxalq Yaz Yarmarkası keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Böyük Britaniyadakı səfirliyində məlumat veriblər.

Yarmarkada Londonda akkreditə olunmuş 70-ə yaxın diplomatik nümayəndəlik iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyi ölkəmizə aid milli suvenirlərdən ibarət stend, həmçinin milli musiqi nümunələrinin canlı ifası ilə təmsil olunmuşdur.

Kral ailəsinin nümayəndələri və Böyük Britaniyanın nüfuzlu ictimai xadimlərinin qatıldığı yarmarkanın rəsmi açılış mərasimində Səfir Fəxrəddin Qurbanov iştirak etmişdir.

Yarmarkada Azərbaycan stendi və milli musiqi nümunələrimiz iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, nümayiş etdirilən suvenirlərdən əldə olunmuş vəsait CFAB-ın uşaqlara yardım fonduna köçürülmüşdür.

Xəbər lenti

Xəbər lenti