...

Azərbaycanda ali məktəblərə sənəd qəbulu prosesi tamamilə elektronlaşdırılacaq

Cəmiyyət Materials 13 May 2011 14:20 (UTC +04:00)
Azərbaycanda elektron imza tətbiq edildikdən sonra ali məktəblərə sənəd qəbulu prosesi tamamilə elektronlaşdırılacaq.
Azərbaycanda ali məktəblərə sənəd qəbulu prosesi tamamilə elektronlaşdırılacaq

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda elektron imza tətbiq edildikdən sonra ali məktəblərə sənəd qəbulu prosesi tamamilə elektronlaşdırılacaq. Trend-n məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda ali məktəblərə qəbul imtahalarında iştirak üçün sənəd verən abituriyentlər elektron ərizə verdikdən sonra tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiqlədirlər.

"Elektron imza haqqında" qanunun qəbul edilməsinə baxmayaraq, onun tətbiqi hələ mümkün deyil. Ona görə də sənədləri SQK-larda təsdiq etməyə məcburuq. Bu yaxınlarda elektron imzanın tətbiqi gözlənilir. Bundan sonra artıq heç bir məmurun iştirakı olmadan sənədləri tamamilə elektron formada ala biləcəyik", - Abbaszadə bildirib.

TQDK sədri onu da əlavə edib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün ilk növbədə elektron ərizə formasını doldurmalı, onu təsdiqlətməli və seçdikləri ixtisasa müvafiq olaraq, mayın 31-dək mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turlarda iştirak etməlidirlər. Həmin abituriyentlər müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər. Seçmə turdan keçməyən abituriyentlər qabiliyyət imtahanına buraxılmayacaqlar.

Xəbər lenti

Xəbər lenti