Azərbaycan, Bakı, 17 may /Trend/
Belarus dövlətinin rəhbəri Aleksandr Lukaşenko mayın 16-da 189 saylı fərman imzalayıb. Fərmana əsasən, danışıqların aparılması üçün əsas kimi Belarus və Azərbaycan hökumətləri arasında mədəni dəyərlərin oğurlanması ilə mübarizə və onların qaytarılmasının təmini haqqında saziş layihəsi bəyənilib. Trend-in məlumatına görə, bu barədə Belarus liderinin mətbuat xidmətindən BELTA-nın müxbirinə bildirilib.
Belarusun daxili işlər naziri Anatoli Kuleşov saziş layihəsi üzrə danışıqların aparılmasına və onun imzalanmasına məsuldur.