Azərbaycan, Bakı, 19 may /Trend/
Bu il mayın 29-dan etibarən Azərbaycanda 2011-2012-ci illər üçün sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq, QSC -nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov xəbər verdi.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, yeni hərəkət cədvəlinə əsasən bəzi dəyişikliklər ediləcək. Şimal istiqamətində hərəkət edən qatarların hərəkət cədvəllərində "*" (ulduz) nişanı ilə göstərilən dayanacaqlar "texniki dayanacaq" sayılır (vaqona düşüb-minmək qadağandır) və həmin stansiyalara bilet satışı aparılmır.
Yeni Belarus Dəmir Yoluna məxsus olan 31 PL-52/2 Brest-Bakı birbaşa vaqonu yalnız yay mövsümündə həftədə bir dəfə təyin olunacaq. Vaqon Brestdən həftənin 5-ci günləri 68 №-li Brest-Volqoqrad qatarının quyruq hissəsinə Yelets stansiyasına kimi qoşulur və həftənin 6-cı günləri Yelets stansiyasında açılıb 56 №-li Moskva-Bakı qatarına qoşulacaq. Bakıya vaqon həftənin 2-ci günləri çatacaq. 8 iyun 2011-ci il tarixdən etibarən vaqon geriyə Bakıdan həftənin 3-cü günləri 31 №-li Bakı-Kiyev qatarının quyruq hissəsinə Volqoqrada kimi qoşulmaqla yola çıxacaq. Vaqon həftənin 4-cü günləri Volqoqrad stansiyasında qatardan açılıb 67 №-li Volqoqrad-Brest qatarlarına Brestə kimi qoşulacaq və həftənin 6-cı günləri Brest stansiyasına çatacaq.
55/56 saylı Bakı-Moskva sürət qatarı ("ADY" QSC) əvvəlki hərəkət günləri üzrə hərəkət edəcək. Moskvadan saat 18:05-də yola düşəcək.
31/32 saylı Bakı-Kiyev sürət qatarı ("ADY" QSC) əvvəlki hərəkət günləri üzrə hərəkət edəcək. Kiyevə saat 15:43-də çatacaq, Kiyevdən 6:20-də yola düşəcək.
369/370 Bakı-Xarkov sərnişin qatarı ("ADY" QSC) əvvəlki hərəkət günləri və cədvəli üzrə hərəkət edəcək.
373/374 Bakı-Tümen sərnişin qatarı (Rusiya d.y.) ayın cüt tarixləri saat 6:00-da Bakıdan yola düşəcək, saat 1:25-də Bakıya çatacaq. Ayın cüt tarixləri saat 15:39-da Tümenə çatacaq, ayın tək tarixləri saat 14:24-də Tümendən yola düşəcək. Qatar günaşırı hərəkətdə olacaq. Qatarın tərkibində yalnız qoşma Yujno-Uralsk Dəmir Yoluna məxsus olan Çelyabinsk-Bakı, Kuybışev Dəmir Yoluna məxsus olan Ufa-Bakı (yay mövsümündə, yenə hərəkət cədvəlində plaskart vaqonun əvəzinə kupe vaqonu hərəkət edəcək) və Samara-Bakı, Privolcsk Dəmir Yoluna məxsus olan Saratov-Bakı qoşma vaqonu hərəkət edəcək.
Birbaşa Zapadno-Sibirsk Dəmir Yoluna məxsus 29, 30 PL-52/2 Novosibirsk-Bakı, Ulyanovsk-Bakı (Kuybışev Dəmir Yolu), Kazan-Bakı İjevsk-Bakı (Qorki Dəmir Yolu) qoşma vaqonların hərəkəti dayandırılıb.
313/314 Bakı-Sankt-Peterburq sərnişin qatarı ("ADY" QSC) əvvəlki hərəkət günləri və cədvəli üzrə hərəkət edəcək.
391/392 Bakı-Rostov sərnişin qatarı (Şimali Qafqaz d.y.) əvvəlki hərəkət günləri və cədvəli üzrə hərəkət edəcək. Rostovdan saat 17:02-də yola düşəcək.
38/37 Bakı-Tiflis sərnişin qatarı ("ADY" QSC) yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Yeni hərəkət cədvəlinə uyğun olaraq qatar 21:00-da Bakıdan yola düşəcək, saat 10:20-də Bakıya çatacaq. Saat 12:15-də Tiflisə çatacaq, saat 16:00-da Tiflisdən yola düşəcək.
Yalnız hərəkət cədvəlində dayanacaq olan stansiyalara biletlər tərtib edilməlidir. Dayanacaq olmayan stansiyalara və ya texniki dayanacaq verilən stansiyalara (hərəkət cədvəlində "*" nişanı qeyd olunmuş) bilet satışı qadağandır.
Yerli istiqamətində hərəkət edən qatarların yola düşmə və çatma vaxtlarında da bəzi dəyişikliklər ediləcək.
Sərnişin qatarlarının 2011/2012-ci illər üçün hərəkət cədvəli
(29.05.2011-cu ildən)
Qatarlar |
Bakıdan getmə vaxtı |
Bakıya gəlmə vaxtı |
İstiqamət |
Son məntəqəyə çatma vaxtı |
Son məntəqədən çıxma vaxtı |
Qeyd |
55/56 |
I, III və V günlər 21-55 (Bakı vaxtı) |
VII, II və IV günlər 6-10 (Bakı vaxtı) |
Bakı-Moskva |
IV, VI və I günlər 4-41 (Moskva vaxtı) |
IV, VI və I günlər 18-05 (Moskva vaxtı) |
Həftədə 3 dəfə (Bakıdan VI günlər-fakultativ) |
31/32 |
III günlər 0-30 (Bakı vaxtı) |
II günlər 3-45 (Bakı vaxtı) |
Bakı-Kiyev |
V günlər 15-43 (Kiyev-vaxtı) |
VI günlər 6-20 (Kiyev-vaxtı) |
Həftədə 1 dəfə |
38/37 |
21-00 (Bakı vaxtı) |
10-20 (Bakı vaxtı) |
Bakı-Tbilisi |
12-15 (Tbilisi vaxt) |
16-00 (Tbilisi vaxtı) |
Hər gün |
313/314 |
IV günlər 0-30 (Bakı vaxtı) |
III günlər 6-10 (Bakı vaxtı) |
Bakı-S/Peterburq |
VII günlər 2-52 (Moskva vaxtı) |
VII günlər 7-30 (Moskva vaxtı) |
Həftədə 1 dəfə |
369/370 |
V günlər 0-30 (Bakı vaxtı) |
III günlər 3-45 (Bakı vaxtı) |
Bakı-Xarkov |
VII günlər 5-26 (Kiyev vaxtı) |
VII günlər 15-56 (Kiyev vaxtı) |
Həftədə
1 dəfə |
373/374 |
6-00 (cüt tarixlər) (Bakı vaxtı) |
1-25 (cüt tarixlər) (Bakı vaxtı) |
Bakı-Tümen |
15-39 (cüt tarixlər) (Moskva vaxtı) |
14-24 (tək tarixlər) (Moskva vaxtı) |
Günaşırı |
391/392 |
II və VII günlər 0-30 (Bakı vaxtı) |
VI və I günlər 6-10 (Bakı vaxtı) |
Bakı-Rostov |
III və I günlər 8-06 (Moskva vaxtı) |
IV və VI günlər 17-02(Moskva vaxtı) |
Həftədə 2 dəfə |
Yerli qatarlar |
||||||
96/97 |
22-05 |
8-30 |
Bakı-Ağstafa |
9-30 |
19-50 |
Hər gün |
656-664/ 655-663 |
21-15 |
7-50 |
Bakı-Köçərli-Balakən Köçərli Balakən |
6-45 10-15 |
21-40 18-10 |
Hər gün |
660-672/ 659-671 |
23-00 |
6-25 |
Bakı-Astara-Horadiz Astara Horadiz |
8-55 7-55 |
19-30 20-50 |
Hər gün |
662-666/ 661-665 |
22-20 |
10-00 |
Bakı-Qazax-B./Kəsik Qazax Böyük-Kəsik |
11-50 12-30 |
19-30 18-40 |
Hər gün |
602/601 |
7-20 |
23-40 |
Bakı-Gəncə |
15-00 |
15-30 |
Hər gün (IV gün yoxdur) |
616/615 |
17-00 |
15-02 |
Bakı-Mingəçevir |
0-32 |
7-00 |
Hər gün (Bakıdan- II, Mingəç.- III yoxdur) |
618/619 |
7-40 |
23-30 |
Bakı-Astara |
15-00 |
15-35 |
Hər gün (I gün yoxdur) |