...

Rus bölməsinin abituriyentləri Azərbaycan dilindən imtahan veriblər

Cəmiyyət Materials 22 May 2011 19:27 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində imtahan keçirib.
Rus bölməsinin abituriyentləri Azərbaycan dilindən imtahan veriblər

Azərbaycan, Bakı, 22 may/ Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində imtahan keçirib.

Komissiyadan bazar günü Trend-ə verilən məlumata görə, imtahanda iştirak üçün 10 275 abituriyent qeydiyyatdan keçib.

İmtahanda "Elektron ərizə"lərini mayın 17-i saat 14:00-a kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak ediblər.

İmtahanda abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilib.
İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbulla" qiymətləndiriləcək.
Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Abituriyentlər imtahanın nəticələrini TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənə biləcəklər.

Mayın 22-də keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlər iyunun 26-da keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında təkrarən iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti