...

Latviya Azərbaycan regionları ilə əməkdaşlığı genişləndirmək fikrindədir - səfir

Cəmiyyət Materials 25 May 2011 13:39 (UTC +04:00)
Latviya hökuməti Azərbaycanın regionları ilə əməkdaşlığı genişləndirmək fikrindədir.
Latviya Azərbaycan regionları ilə əməkdaşlığı genişləndirmək fikrindədir - səfir

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir S.Ağayeva/

Latviya hökuməti Azərbaycanın regionları ilə əməkdaşlığı genişləndirmək fikrindədir.

Bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi məqsədilə iyunun 6-9-da Latviyanın regional inkişaf və ətraf mühit naziri Raymond Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək. Bu barədə çərşənbə günü Trend-ə Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis məlumat verib.

Səfər zamanı naziri Azərbaycan tərəfi ilə əlaqələr qurmaq istəyən və müxtəlif layihələr təklif edəcək bəzi Latviya regionlarının nümayəndələri müşayiət edəcəklər.

Səfir bildirib ki, latviyalı nazirin Azərbaycan tərəfi ilə danışıqlarında iki ölkənin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı da müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti