...

TQDK sədri: "Eurovision-2011"-in qalibi Eldar Qasımovun təhsildə göstəriciləri yüksəkdir

Cəmiyyət Materials 27 May 2011 13:00 (UTC +04:00)
Düsseldorfda keçirilən nüfuzlu "Eurovision -2011 " müsiqi müsabiqəsində Avropanı fəth edən Eldar Qasımov həm də çox yaxşı tələbədir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.
TQDK sədri: "Eurovision-2011"-in qalibi Eldar Qasımovun təhsildə göstəriciləri yüksəkdir

Azərbaycan , Bakı , 27 may /Trend, müxbir Z.Əhmədova/

Düsseldorfda keçirilən nüfuzlu "Eurovision -2011" müsiqi müsabiqəsində Avropanı fəth edən Eldar Qasımov həm də çox yaxşı tələbədir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.

"Mən fəxrlə deyə bilərəm ki, Avropada Azərbaycanın adını ucaldan Eldar Qasımov çox yaxşı tələbədir. O, yüksək göstərici ilə - 556 balla Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər fakultəsinə, daha sonra isə 99 balla magistraturaya daxil olub", - Abbaszadə deyib.

TQDK sədri dünya arenasında Azərbaycanın adını ucaldan digər gənc istedadların da rolunu qeyd edib.

"Aralarında İsfar Sarabski və Şahin Növrəslinin olduğu digər gənc istedadların adlarını da qeyd etmək istərdim. Onlar Azərbaycanın ali məktəblərinə çox yaxşı nəticələrlə qəbul olunublar", - Abbaszadə əlavə edib.

Orta məktəbi əla qiymətlərlə, Bakı Slavyan Universitetini isə qırmızı diplomla bitirən Eldar Qasımov hazırda magistraturada oxuyur. Alman, ingilis və rus dillərində sərbəst danışır.

Azərbaycan nümayəndələri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision-2011" müsabiqəsinin qalibi olublar.

Müsabiqənin sonunda keçirilən sms-səsvermə və peşəkar münsiflərin seçimi nəticəsində "Eurovision -201"-in qalibi 221 bal toplayan Azərbaycan olub. İkinci yeri İtaliya (Raphael Gualazzi - " Madness Of Love " - 189 balla), üçüncü yeri - İsveç ( Eric Saade - " Popular " - 185 balla) tutub.

Xəbər lenti

Xəbər lenti