...

Azərbaycanda Xəzərin sahilində böyük istirahət mərkəzləri yaradılacaq

Cəmiyyət Materials 27 May 2011 15:07 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yaxın vaxtlarda Xəzər dənizi sahili boyunca böyük istirahət mərkəzlərinin yaradılması məqsədilə hazırladığı layihələrin icrasına başlayacaq.
Azərbaycanda Xəzərin sahilində böyük istirahət mərkəzləri yaradılacaq

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yaxın vaxtlarda Xəzər dənizi sahili boyunca böyük istirahət mərkəzlərinin yaradılması məqsədilə hazırladığı layihələrin icrasına başlayacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev cümə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEIBC) keçirdiyi görüşdə deyib.

Onun sözlərinə görə, bu mərkəzlər müasir standartlara cavab verəcək. Bu mərkəzlərin yaradılması Azərbaycan turizminin inkişafına da yardım göstərə bilər.

Əliyev onu da əlavə edib ki, turizmin inkişafına xidmət edən "Turizm haqqında" yeni qanun layihəsi təkliflər nəzərə alınmaqla, Nazirlər Kabinetinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti