...

Azərbaycanda ali məktəblərə qəbul imtahanları ilə bağlı təşkilati işlər yekunlaşır

Cəmiyyət Materials 10 İyun 2011 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzarətçilər bazasında 8000-dək müəllim və təhsil işçisinin adı var. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, builki qəbul imtahanları üçün nəzərdə tutulan məlumat bazasında isə 5000-dən çox nəzarətçi müəllimin adı var. Bu bazaya Bakı ilə yanaşı, Sumqayıt, Naxçıvan, Lənkəran və Şəkinin müəllimləri də daxil ediliblər.

Abbaszadə deyib ki, hər il imtahan rəhbəri və nəzarətçilər bazasına daxil olanlar müəllimlərin 30-40 faizi yeniləri ilə əvəz olunur. Bu yeniləşmə yalnız bazaya daxil olan müəllimlərin işlərinin keyfiyyəti ilə deyil, həm də onların səhhəti, yaş hədləri ilə bağlı olur.

TQDK sədrinin sözlərinə görə, imtahanlarla bağlı təşkilati işlər yekunlaşmaq üzrədir. TQDK tərəfindən respublikanın müxtəlif şəhərlərində bu il qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulan 150-dən artıq binaya baxış keçirilib, həmin binaların imtahana yararlılığı müəyyən edilib, texniki pasportları dəqiqləşdirilib. İmtahan binaları haqqında yenilənmiş məlumat "İmtahan yerləri baza"sına daxil edilib. TQDK tərəfindən qəbul imtahanlarına yararlı hesab edilmiş binaların təhlükəsizlik baxımından yoxlanması istiqamətində hazırda Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti