...

"Kəpəz" futbol klubunun rəsmi loqosu ictimaiyyətə təqdim olunub

Cəmiyyət Materials 14 İyun 2011 16:32 (UTC +04:00)
Bu gün "Kəpəz" Peşəkar Futbol Klubunun rəsmi loqosu ictimaiyyətə təqdim olunub
"Kəpəz" futbol klubunun rəsmi loqosu ictimaiyyətə təqdim olunub

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Bu gün "Kəpəz" Peşəkar Futbol Klubunun rəsmi loqosu ictimaiyyətə təqdim olunub.

Trend-in məlumatına görə, bu barədə məlumatı klubun mətbuat katibi Məqsəd Rəhimov verib.

Onun sözlərinə görə, klubda ad dəyişikliyi olduğu üçün rəhbərlik yeni loqonun hazırlanması barədə göstəriş verib. Bir neçə nümunə içərisində "Kəpəz" dağı xüsusi vurğulanan loqo qəbul olunub.

Rəhimov artıq yeni loqaya uyğun digər atributların da yaxın vaxtlarda ictimaiyyətin diqqətinə çatdırılacağını əlavə edib.

Xəbər lenti

Xəbər lenti