...

Azərbaycanda milli azlıqların hüquqlarının müdafiəsi ilə bağlı hüquqi baza formalaşdırılıb - Baş nazirin müavini

Cəmiyyət Materials 16 İyun 2011 11:25 (UTC +04:00)
Azərbaycanda milli azlıqların hüquqlarının müdafiəsi ilə bağlı hüquqi baza formalaşdırılıb.
Azərbaycanda milli azlıqların hüquqlarının müdafiəsi ilə bağlı hüquqi baza formalaşdırılıb - Baş nazirin müavini

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda milli azlıqların hüquqlarının müdafiəsi ilə bağlı hüquqi baza formalaşdırılıb. Trend-in məlumatna görə, bu barədə "Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusunda Ombudsmanların IX Bakı Beynəlxalq Konfransındakı çıxışında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

"Dünyadakı münaqişələrin əksəriyyəti milli azlıqlardan istifadə edilərək yaradılıb. Ona görə də bütün ölkələr bu məsələyə diqqətlə yanaşmalıdır", - Həsənov bildirib.

Baş nazirin müavini Azərbaycanda 380-dən yuxarı dini icmanın və QHT-nin fəaliyyət göstərdiyini xatırladıb və qeyd edib ki, onlardan 31-i qeyri-islam icmalarıdır. Həsənov hesab edir ki, bu, ölkənin tolerant olduğunu sübut edir.

"Hər bir dini icmanın fəaliyyəti üçün lazımi hüquqi baza və imkanlar yaradılıb. B ütün milli azlıqların mədəniyyət və tarixi abidələri qorunub saxlanılır. Hətta Bakı şəhərində erməni kilsəsi də qorunub saxlanılır", - o vurğulayıb.

Həsənov deyib ki, əvvəllər miqrantlarla bağlı problem var idi, amma bu sahədə aparılan işlər, həyata keçirilən tədbirlər problemləri aradan qaldırıb. Baş nazirin müavini bildirib ki, Azərbaycanın iqtisadi və siyasi inkişafı onu miqrantlar üçün cəlbedici ölkəyə çevirib.

Xəbər lenti

Xəbər lenti