...

Azərbaycan hakimləri yeni təyinat alıblar

Cəmiyyət Materials 16 İyun 2011 19:12 (UTC +04:00)
Azərbaycanın futbol hakimləri beynəlxalq oyunlara yeni təyinat alıblar.
Azərbaycan hakimləri yeni təyinat alıblar

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Azərbaycanın futbol hakimləri beynəlxalq oyunlara yeni təyinat alıblar.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Trend-ə verilən məlumata görə, FİFA referisi Anar Salmanov və çimərlik futbolu üzrə FİFA referisi Fuad Həsənov yeni təyinat alıblar.

Anar Salmanov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının iyulun 20-dən avqustun 1-ə qədər Rumıniyada keçiriləcək final mərhələsinin oyunlarında iştirak edəcək. Fuad Həsənov isə çimərlik futbolu üzrə Avropa çempionatının iyulun 7-dən 10-dək Almaniyanın Berlin şəhərində təşkil olunacaq seçmə mərhələ oyunlarında meydana çıxacaq.

Xəbər lenti

Xəbər lenti