...

AFFA 1,75 milyon dollarlıq müqaviləyə imza atdı (FOTO)

Cəmiyyət Materials 22 İyun 2011 13:11 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və "Coca-Cola Bottlers Ltd" arasında çərşənbə günü sponsorluq müqaviləsi imzalanıb.
AFFA 1,75 milyon dollarlıq müqaviləyə imza atdı (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və "Coca-Cola Bottlers Ltd" arasında çərşənbə günü sponsorluq müqaviləsi imzalanıb.

Trend-in məlumatına görə, mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, 5 illik müqavilə çərçivəsində AFFA və "Coca-Cola" şirkəti iki layihə - "U-13 Coca-Cola Liqası" və "Coca-Cola Məktəbli kuboku" üzrə əməkdaşlıq edəcək.

Məmmədov qeyd edib ki, "Coca-Cola" kimi böyük şirkətin Azərbaycanda məhz uşaq futbolunun inkişafına yardım etmək təşəbbüsü sevindiricidir.

Müqavilə müddəti ərzində "Coca-Cola Bottlers Ltd" tərəfindən AFFA-ya nəzərdə tutulan layihələr üçün 1,75 milyon ABŞ dolları məbləğində vəsait köçürüləcək.

"Coca-Cola"nın baş meneceri Lisiani Atasayan tədbirdə bildirib ki, şirkət Azərbaycan futbolunun inkişaf etdirilməsində iştirakdan məmnundur. Onun sözlərinə görə, müqavilə müddəti bitdikdən sonra da "Coca-Cola"nın AFFA ilə əməkdaşlığı davam etdirilə bilər.

Xəbər lenti

Xəbər lenti