...

Azərbaycan hokkeyçisi "Ən yaxşı qapıçı" mükafatı alıb

Cəmiyyət Materials 27 İyun 2011 14:54 (UTC +04:00)
Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası Moskva vilayətinin Elektrostal şəhərində Beynəlxalq Hokkey Federasiyasının təşkilatçılığı ilə keçirilən "dördlər" turnirindəki çıxışlarını başa vurub.
Azərbaycan hokkeyçisi "Ən yaxşı qapıçı" mükafatı alıb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası Moskva vilayətinin Elektrostal şəhərində Beynəlxalq Hokkey Federasiyasının təşkilatçılığı ilə keçirilən "dördlər" turnirindəki çıxışlarını başa vurub.

Azərbaycan Otüstü Hokkey Federasiyasından Trend-ə verilən məlumata görə, dünən - son oyun günündə hokkeyçilərimiz yarışın qalibi adı uğrunda meydan sahibləri Rusiya yığması ilə qarşılaşıblar. Bir gün əvvəl ilkin mərhələdə görüşən bu komandalar matçı heç-heçə başa vurmuşdular - 5:5. Görüş çox gərgin idman mübarizəsi şəraitində keçib. Matçın əvvəlində Azərbaycan hokkeyçiləri hesabı açıblar. Bundan sonra fəallığı artıran Rusiya millisi cavab qolunu 1-ci hissənin başa çatmasına 2 dəqiqə qalmış vurub. Bu azmış kimi, meydan sahibləri fasiləyə 2:1 hesablı qələbə ilə yollanıblar. İkinci hıssədə tərəflərin hər biri 1 qol vura bilib. Beləliklə, matç bu mövsümdən Avropa çempionatının yüksək d iviz ionunda yarışmaq hüququ qazanan Rusiya yığmasının xeyrinə qurtarıb-3:2.

Qeyd edək ki, iyulun 24-də İtaliyanın Kataniya şəhərində keçiriləcək qitənin Çelenc III çempionatına hazırlaşan Azərbaycan millisi üçün turnir çox əhəmiyyətli olub.

Dünən "dördlər" turnirində final görüşündən əvvəl isə Ukrayna və Malayziya milliləri 3-cü yer uğrunda qarşılaşıblar. Bu oyunun əsas və əlavə olunan 15 dəqiqəsi ərzində 2:2 hesabı dəyişməz qalıb. Qalibi aşkar etmək üçün penalti seriyasından deyil, bullitlərdən (oyunçunun 23 metrlik zonadan topla sürətlə hərəkət edərək qapıçı ilə dueldən qalib çıxması) istifadə olunub. Ukraynalılar həmin imkandan daha yaxşı yararlanaraq "bürünc" medallara layiq görülüblər.

Turnirin bağlanış mərasimində Azərbaycanın milli komandasının qapıçısı Vladimir Avdoninə "Ən yaxşı qapıçı" mükafatı təqdim olunub.

Xəbər lenti

Xəbər lenti