...

Azərbaycanlı tələbələr Doğu Ağdəniz Universitetində təhsillərini başa vurublar

Cəmiyyət Materials 28 İyun 2011 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Şimali Kipr Türk Respublikasının Doğu Ağdəniz Universitetində (DAU) 2010-2011-ci Akademik ili sona çatdı.

Trend-in məlumatına görə, diplom alan 1400 məzun sırasında 3 nəfər həmyerlimiz də var. Onlar Turizm, Bankçılıq-Maliyyə və Radio-TV-Kino fakültələrində təhsil alırdılar.

Mərasimə Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Əhməd Kasif, abadlaşdırma və nəqliyyat naziri Həmzə Ersan Saner, iqtisadiyyat və enerji naziri Sunat Atun və məzunların ailə üzvləri də qatılıblar. Tədbirdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub. Universitetin Azərbaycanlı tələbələr birliyinin rəhbəri Anar Həsənov çıxışında universitet rəhbərliyinə, müəllimlərinə təşəkkürünü bildirib.

DAU-nun rektoru Prof. Dr. Abdullah Öztoprak 34 ölkədən 1400 tələbənin daha öncəki 32 min universitet məzunu arasına qatıldığını deyib. O, DAU-nun dünyadakı 20 min ən reytinqli universitet arasında 1421-ci olduğunu qeyd edib. Öztoprak bir çox beynəlxalq birliyə üzv olan DAU-nun əksər proqramlarının beynəlxalq akkreditasiya təşkilatları tərəfindən qiymətləndirildiyini söyləyib.

Hazırda Şimali Kipr Respublikasının ali məktəblərində oxuyan 400-dən çox azərbaycanlı tələbənin 176-sı DAU-da təhsilini davam etdirir.

Xəbər lenti

Xəbər lenti