Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda küləkli hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 30-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin iyulun 4-dən 5-nə keçən gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Hidrometeoroloqlar hava şəraitinin yaxın 2 gün ərzində meteohəssas insanlar üçün narahatlıq yaradacağını bildirir.
İyulun 5-də günün ikinci yarısından iyulun 6-sı gündüzədək atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi və küləyin daha da güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.