...

Azərbaycan Səhiyyə Nazirliyi açıq kvas satışına qadağa qoyub

Cəmiyyət Materials 5 İyul 2011 17:35 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkə ərazisində açıq kvas satışına qadağa qoyub.
Azərbaycan Səhiyyə Nazirliyi açıq kvas satışına qadağa qoyub

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkə ərazisində açıq kvas satışına qadağa qoyub. Bunu Trend-ə RGEM-in qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, gigiyena qaydalarına əməl olunmayan yerlərdə kvasın açıq satışı təşkil edilə bilməz.

"Bunun qarşısını almaq üçün bu il açıq kvas satışını təşkil edən müəssisələrə gigiyenik sertifikat vermədik. Bakıda açıq kvas satışı ilə əsasən 3 fiziki şəxs məşğul olur. Ola bilər ki, kim isə bu satışı gizli də olsa təşkil etsin. Amma biz bunu aşkarlayan kimi satışın qarşısını alacağıq", - Abdullayev deyib.

O əlavə edib ki, açıq kvas satışının qarşısını almaq üçün RGEM-in yerli bölmələrinə də tapşırıqlar verilib.

Abdullayev açıq kvas satışının insan sağlamlığı üçün zərərli olduğunu da söyləyib.

Xəbər lenti

Xəbər lenti