...

Azərbaycanda 5 məktəbin təmiri üzrə keçirilən tenderin nəticələri açıqlanıb

Cəmiyyət Materials 6 İyul 2011 17:38 (UTC +04:00)
Azərbaycanda 5 məktəbin təmiri üzrə keçirilən tenderin nəticələri açıqlanıb.
Azərbaycanda 5 məktəbin təmiri üzrə keçirilən tenderin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 5 məktəbin təmiri üzrə keçirilən tenderin nəticələri açıqlanıb. Bu barədə çərşənbə günü Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Tender Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında 24 sentyabr 2008-ci il tarixində imzalanmış maliyyələşdirmə sazişinə əsasən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Təhsil sektorunun inkişafı üzrə ikinci layihə" çərçivəsində keçirilib.

Tenderin nəticələrinə görə, Bakı şəhər Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin təmiri üçün "Təşəbbüs LTD" MMC ilə, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziyasının təmiri üçün "Yeni Memar" MMC ilə, Quba şəhər 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-liseyin təmiri üçün "BTC" MMC ilə, Ağdaş şəhər 1 nömrəli tam orta məktəbin təmiri üçün "Gənclik İnşaat" MMC və "İnşaat-İstehsalat Fİ" MMC-dən ibarət birgə müəssisəsi ilə, Şirvan şəhər 16 nömrəli tam orta məktəbin təmiri üçün "PERLİT" MMC və "Kirs" firmasından ibarət birgə müəssisə ilə müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti