...

Azərbaycanda ekologiya ilə bağlı şikayətlərin məzmunu açıqlanıb

Cəmiyyət Materials 7 İyul 2011 13:00 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə cari ilin iyun ayı ərzində 119 müraciət daxil olub, onlar qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb və qanunamüvafiq tədbirlər görülüb.
Azərbaycanda ekologiya ilə bağlı şikayətlərin məzmunu açıqlanıb

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə cari ilin iyun ayı ərzində 119 müraciət daxil olub, onlar qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb və qanunamüvafiq tədbirlər görülüb. Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Nazirliyə ötən ay ağacların kəsilməsi ilə əlaqədar 22, ağacların aşma təhlükəsinin olması ilə əlaqədar 53, atmosfer havasının çirklənməsi ilə bağlı 9, məişət tullantılarının qalaqlanması ilə bağlı 14, çirkab suların axıdılması ilə bağlı 3, səs-küylə bağlı 12, yerin təkindən istifadə ilə bağlı 2, faunanın mühafizəsi ilə bağlı isə 4 müraciət daxil olub.

Ağacların kəsilməsi ilə əlaqədar daxil olan müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənib və qanunamüvafiq tədbirlər görülüb, ağacların aşma təhlükəsinin olması ilə bağlı daxil olan müraciətlərin 47-nə yerində baxış keçirilib və təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 5 müraciət isə icradadır.

Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, səs-küy və faunanın mühafizəsi ilə əlaqədar daxil olmuş 44 müraciətdən 10-u ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, 4 müraciət icradadır.

Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi münaqişələri həll etmək məqsədi daşıdığı məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i (539-18-63, 538-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.

Xəbər lenti

Xəbər lenti