...

Azərbaycanda 8 aptekin fəaliyyəti dayandırılıb

Cəmiyyət Materials 7 İyul 2011 16:37 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi bu il ərzində Azərbaycanda 8 aptekin qanunsuz fəaliyyət göstərdiyini aşkarlayıb.
Azərbaycanda 8 aptekin fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi bu il ərzində Azərbaycanda 8 aptekin qanunsuz fəaliyyət göstərdiyini aşkarlayıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib.

Onun sözlərinə görə, həmin apteklərin fəaliyyəti dayandırılıb.

Bu ilin yanvar-iyun ayları ərzində ümumilikdə respublikada 59 aptekə baxış keçirilib.

Apteklərdə keçirilən reydlər zamanı yararlılıq sertifikatı olmayan 1 150 seriya (4 987 qutu), yararlılıq müddəti bitmiş 12 qutu dərman preparatı aşkarlanıb. Həmin dərman preparatları mərkəz tərəfindən müsadirə edilib.

Ötən il keçirilən reydlər nəticəsində dövlət qeydiyyatı və müvafiq yararlılıq sertifikatı olmayan 4 046 seriya (26 587 qutu), istifadə müddəti bitmiş 415 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.

Xəbər lenti

Xəbər lenti