...

Azərbaycanda optika satışı sahəsində vəziyyət xeyli yaxşılaşıb - nazirlik

Cəmiyyət Materials 8 İyul 2011 16:04 (UTC +04:00)
Azərbaycanda optika satışı sahəsindəki vəziyyət ötən illərlə müqayisədə xeyli yaxşılaşıb.
Azərbaycanda optika satışı sahəsində vəziyyət xeyli yaxşılaşıb - nazirlik

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda optika satışı sahəsindəki vəziyyət ötən illərlə müqayisədə xeyli yaxşılaşıb. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

"Səhiyyə Nazirliyinin optika satışı mağazasına olan tələbləri müəyyənləşdirən 153 saylı əmri var. Optika satışı üçün apteklərdə minimum 15 kvadratmetr sahə olmalıdır. Keçirilən baxış zamanı optika mağazaları və apteklərin optika şöbələrinin əksəriyyətində satışın tələblərə uyğun təşkil edildiyi müəyyənləşib", - Əzizbəyov bildirib.

İnspeksiya rəisi bildirib ki, bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə 54 optika mağazası və 155 aptekdə optika şöbəsi fəaliyyət göstərir. Ötən il tələblərə cavab vermədiyi üçün 30-a yaxın aptekdə optika şöbəsinin fəaliyyəti dayandırılıb.

Xəbər lenti

Xəbər lenti