...

Bakıda alternativ və bərpa olunan enerji mənbələrinə həsr olunmuş beynəlxalq tədbir keçirilib

Cəmiyyət Materials 8 İyul 2011 17:22 (UTC +04:00)
Bakıda alternativ və bərpa olunan enerji mənbələrinə həsr olunmuş beynəlxalq tədbir keçirilib.
Bakıda alternativ və bərpa olunan enerji mənbələrinə həsr olunmuş beynəlxalq tədbir keçirilib

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Bakıda alternativ və bərpa olunan enerji mənbələrinə həsr olunmuş beynəlxalq tədbir keçirilib. Trend-in məlumatına görə, "Yunanıstan-Azərbaycan Yaşıl Enerji Oxu" forumu çərçivəsində "İqlim dəyişikliyi və geniş Qara dəniz regionunda bərpa olunan enerji mənbələri" adı altında keçirilən "dəyirmi masa" Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Qara dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə iqlim dəyişikliyi, bərpa olunan enerji mənbələri üzrə çağırışlar və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün maliyyə resurslarının səfərbər edilməsi imkanları müzakirə olunub.

"Dəyirmi masa"da Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov, Qara dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin baş direktoru Zefi Dimadama, Azərbaycanda BMT İnkişaf Proqramının direktor müavini Nato Alhazişvili və digər yerli və xarici ekspertlər məruzələrlə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti