...

Azərbaycanda isti hava şəraiti meşələrdə yanğın təhlükəsini artırır - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 8 İyul 2011 18:55 (UTC +04:00)
Ekologiya Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son günlər respublika ərazisində havaların isti və küləkli keçməsi ilə əlaqədar meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə yanğınların başvermə təhlükəsi artıb.
Azərbaycanda isti hava şəraiti meşələrdə yanğın təhlükəsini artırır - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda isti hava şəraiti meşələrdə yanğınların başvermə təhlükəsini artırır.

Ekologiya və Tənii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son günlər respublika ərazisində havaların isti və küləkli keçməsi ilə əlaqədar meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə yanğınların başvermə təhlükəsi artıb.

Ekologiya Nazirliyi tərəfindən respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə "Yanğın təhlükəsizliyi haqqında" qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.

Əhali arasında, fermer və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılır, meşəətrafı ərazilərin minerallaşdırılması (yanğın əleyhinə zolaqların çəkilməsi) üçün müvafiq tədbirlər görülür.

Lakin Xəzər dənizi kənarında yerləşən, Xızı rayonu Məşədi Həsən bələdiyyəsinin ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması nəticəsində iyulun 7-də saat 14:40 radələrində otlaq sahəsində yanğın hadisəsi baş verib.

Yanğın 5,4 hektar bələdiyyə ərazisini əhatə edib və küləkli hava şəraiti səbəbindən Giləzi Regional Meşəsalma Müəssisəsinə məxsus 0,6 hektar meşə fondu ərazisinə keçib.

Nəticədə ot örtüyü və ağacların aşağı hissəsində olan yarpaqlar ütülüb, lakin meşə fonduna ciddi ziyan dəyməyib.

Yanğın nazirliyin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələrinin birgə səyi nəticəsində saat 15:30 radələrində tam söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və küləkli keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, söndürülməmiş siqaret kötüklərini atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələrimizi qorumağa çağırır.

Xəbər lenti

Xəbər lenti