...

I qrup üzrə qəbul imtahanına 900-dən çox abituriyent gəlməyib

Cəmiyyət Materials 11 İyul 2011 13:58 (UTC +04:00)
I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 33 587 abituriyent iştirak etməli olsa da, onlardan 937-si imtahana gəlməyib.
I qrup üzrə qəbul imtahanına 900-dən çox abituriyent gəlməyib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 10-da 2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 33 587 abituriyent iştirak etməli olsa da, onlardan 937-si imtahana gəlməyib.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, abituriyentlərdən 60 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub. Onlardan 1 nəfəri başqasının əvəzinə imtahan verməyə cəhd etdiyi, 2 nəfəri imtahana mobil telefonla keçməyə cəhd etdiyi, digərləri isə sual və ya cavab kartlarını bir-birinə ötürdüklərinə, köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunublar.

Hazırda TQDK-da imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər.

Xəbər lenti

Xəbər lenti