...

Azərbaycanda 1500-dən çox məhbus peşə təhsilinə cəlb edilib

Cəmiyyət Materials 11 İyul 2011 15:09 (UTC +04:00)
Hazırda Təhsil Nazirliyinin 10-a yaxın peşə təhsili müəssisəsi cəzaçəkmə müəssisələrində fəaliyyət göstərir.
Azərbaycanda 1500-dən çox məhbus peşə təhsilinə cəlb edilib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Təhsil Nazirliyinin 10-a yaxın peşə təhsili müəssisəsi cəzaçəkmə müəssisələrində fəaliyyət göstərir. Bunu Trend-ə Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.

Onun sözlərinə görə, həmin müəssisələrdə 1500-dən çox məhbus təhsil alır.

Məmmədov deyib ki, həmin məhbuslar cəzaçəkmə müəssisələrində cəzasını çəkməklə yanaşı, peşə də öyrənirlər.

"Cəzaçəkmə müəssisələrindəki peşə təhsili müəssisələrinin sayını elə də çox artırmaq fikrimiz yoxdur. Sadəcə olaraq, müəyyən peşə məktəblərinin nəzdindəki kurslar cəzaçəkmə müəssisələrində açıla bilər. Hazırda bununla bağlı iş aparılır. Ancaq hələlik bu kursların hansı cəzaçəkmə müəssisələrində açılacağı müəyyənləşdirilməyib. Çünki bu işin təşkilinə maliyyə vəsaiti tələb olunur", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti