...

Qafqazın şeyxi Əfqanıstanda təyyarə qəzasında və Rusiyada gəmi fəlakətində həlak olanların ailələrinə başsağlığı verib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 13 İyul 2011 13:47 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Əfqanıstanda təyyarə qəzası və Rusiyada teploxodun batması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. Trend-in məlumatına görə, Paşazadə QMİ-də toy və yas mərasimlərinə həsr olunmuş "dəyirmi masa"da çıxışı zamanı qeyd olunan qəzalarda həlak olanlara Allahdan rəhmət diləyib
Qafqazın şeyxi Əfqanıstanda təyyarə qəzasında və Rusiyada gəmi fəlakətində həlak olanların ailələrinə başsağlığı verib (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra Paşazadənin fikirləri əlavə olunub (ilk xəbər saat 11:43-də yayılıb)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir R.Hafizoğlu/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Əfqanıstanda təyyarə qəzası və Rusiyada teploxodun batması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. Trend-in məlumatına görə, Paşazadə QMİ-də toy və yas mərasimlərinə həsr olunmuş "dəyirmi masa"da çıxışı zamanı qeyd olunan qəzalarda həlak olanlara Allahdan rəhmət diləyib.

Paşazadənin sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi Əfqanstanda təyyarə qəzasında həlak olanların meyitlərinin Azərbaycana gətirilməsinə şərait yaradılması üçün bu ölkənin hökumətinə müraciət etməyib.

"Taliban" Əfqanıstan hökumətində təmsil olunmadığından, bu məsələ ilə bağlı müraciət etməmişik", - o deyib.

İyulun 6-na keçən gecə Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarədə 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı, digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar.

"Bulqariya" gəzinti teploxodu bazar günü Volqa çayında baş vermiş tufan nəticəsində Kansko-Ustinovski rayonunun Syukeyevo kəndi yaxınlığında batıb. Teploxodda 196 nəfər olub.

Xəbər lenti

Xəbər lenti