...

Valideyn himayəsindən məhrum olmuş şəxslərə dövlət qayğısı artmalıdır - Səfa Mirzəyev

Cəmiyyət Materials 14 İyul 2011 13:42 (UTC +04:00)
Valideyn himayəsindən məhrum olmuş şəxslərə dövlət qayğısı artmalıdır.
Valideyn himayəsindən məhrum olmuş şəxslərə dövlət qayğısı artmalıdır - Səfa Mirzəyev

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir M.Əliyev/

Valideyn himayəsindən məhrum olmuş şəxslərə dövlət qayğısı artmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında parlamentin Aparat rəhbəri Səfa Mirzəyev bildirib.

Uşaq evlərini tərk edən yeniyetmələrin gələcək taleyi ilə bağlı qanunvericilikdə müəyyən müddəaların yer alması barədə suala münasibət bildiriən Mirzəyev qeyd edib ki, Azərbaycanda "Valideyn himayəsindən məhrum olmuşların hüquqları haqqında" qanunda bu məsələlər əks olunub.

"Qanunda göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı həddi-buluğa çatmış uşaqları nəzarətdə saxlamalı və onlara yardımlar göstərməlidir. Lakin bu mücərrəd formada verilən göstərişdir. Yəqin ki, bunu daha da konkretləşdirmək lazımdır", - Aparat rəhbəri deyib.

Mirzəyev hesab edir ki, bu istiqamətdə dövlət büdcəsindən xüsusi vəsaitin ayrılmasına ehtiyac var.

"Əlavə sosial müdafiə tədbirləri görmək lazımdır ki, müstəqil həyata qədəm qoyan uşaqlar özlərini kimsəsiz hiss etməsinlər və dövlət tədəfindən xüsusi qayğı görsünlər", - o qeyd edib.

Milli Məclisin sədr müavini Bahar Muradova bu məsələ ilə bağlı cəmiyyətdə fəal müzakirələrin getdiyini vurğulayıb.

Onun sözlərinə görə, bu istiqamətdə görüləsi işlər çoxdur, çünki təhsil müddətini başa vurmuş şəxslər iş və yaşayış yeri ilə təmin olmalarında problemlə üzləşirlər.

Xəbər lenti

Xəbər lenti