...

"Xəzər-Lənkəran" "Makkabi"yə məğlub oldu

Cəmiyyət Materials 15 İyul 2011 08:09 (UTC +04:00)
Azərbaycanın "Xəzər-Lənkəran" klubu Avropa liqasının ikinci kvalifikasiya raundunun ilk oyununda İsrailin "Makkabi" klubuna 3:1 hesabı ilə məğlub oldu.
"Xəzər-Lənkəran" "Makkabi"yə məğlub oldu

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycanın "Xəzər-Lənkəran" klubu Avropa liqasının ikinci kvalifikasiya raundunun ilk oyununda İsrailin "Makkabi" klubuna 3:1 hesabı ilə məğlub oldu.

Matçın 22-ci dəqiqəsində Mussa Konate hesabı açdı. 39-cu dəqiqədə isə Elran Atar meydan sahiblərinin üstünlüyünü artırdı - 2:0. İkinci qoldan 5 dəqiqə sonra isə Gilyermo İsraileviç hesabı 3:0-a çatdırdı.

Lənkəranlılar bir qolunun əvəzini çıxa bildilər. Bi qolun müəllifi Andrey Mureşan oldu.

Cavab oyunu iyulun 21-də Lənkəranda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti