...

Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 7 bələdiyyə ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 15 İyul 2011 17:37 (UTC +04:00)
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 7 bələdiyyə ilə bağlı cinayət işinin istintaqı aparılır.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 7 bələdiyyə ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 7 bələdiyyə ilə bağlı cinayət işinin istintaqı aparılır. Bu barədə Trend-ə idarənin rəisi Kamran Əliyev məlumat verib.

Əliyev bilidirib ki, idarədə Salyanın Xıdırlı, Şəkinin Turan, Balakənin Qazbinə, Ağstafanın Tatlı, Xızının Qarabulaq, Daşkəsənin Quşçu, Şamaxının Mədrəsə bələdiyyələrində korrupsiya faktları ilə bağlı cinayət işi başlanıb.

Həmin bələdiyyələrin vəzifəli şəxsləri vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və digər cinayətlərdə günahlandırılırlar.

Əliyev bildirib ki, bu il ərzində idarə tərəfindən 8 bələdiyyə ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün məhkəmələrə göndərilib.

Xəbər lenti

Xəbər lenti