...

Azərbaycanda IV qrup üzrə keçirilən qəbul imtahanının nəticələri iyulun 18-də açıqlanacaq

Cəmiyyət Materials 16 İyul 2011 17:18 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə bu gün keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 18-də açıqlayacaq. B
Azərbaycanda IV qrup üzrə keçirilən qəbul imtahanının nəticələri iyulun 18-də açıqlanacaq

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə bu gün keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 18-də açıqlayacaq. Bunu şənbə günü Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənə biləcəklər.

İmtahan respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada keçirilib.

2011-ci ildə IV qrup üzrə 14 619 abituriyent ərizə təqdim edib.
IV ixtisas qrupu üzrə sənəd verənlərin 13 525 nəfəri Azərbaycan, 1094 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7307 nəfərini oğlanlar, 7312 nəfərini isə qızlar təşkil edir. 8281 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.
5882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 70 abituriyent xarici ölkələrin vətəndaşıdır. 51 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
405 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.
Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir.

Bu ixtisas qrupuna tibb, kimya, biologiya, aqrar, psixologiya və idman ixtisasları daxildir. Abituriyentlər ana dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən imtahan veriblər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə növbəti - sonuncu qəbul imtahanı II qrup üzrə iyulun 22-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti