...

"Brügge" ilə görüşdə "Qarabağ" başqa oyun sərgiləyəcək - baş məşqçi

Cəmiyyət Materials 22 İyul 2011 00:23 (UTC +04:00)
"Qarabağ" Avropa liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Brügge"yə qarşı daha maraqlı oyun nümayiş etdirəcək.
"Brügge" ilə görüşdə "Qarabağ" başqa oyun sərgiləyəcək - baş məşqçi

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir M.Əliyev/

"Qarabağ" Avropa liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Brügge"yə qarşı daha maraqlı oyun nümayiş etdirəcək. Bunu "Streymur"la gorüşdən sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Brügge"yə qarşı güclü mübarizə aparacağıq. Bu komanda Avropa futbolu oynayır", - baş məşqçi bildirib.

Qurbanov "Brügge"ni ötən mövsüm "Qarabağ"ın rəqibi olmuş "Borussiya Dortmund" klubu ilə müqayisə edərək deyib ki, belçikalılar almanlardan nisbətən zəifdirlər, lakin gözəl və keyfiyyətli futbol oynayırlar.

"Streymur"un baş məşqçisi Xedin Asxam isə mətbuat konfransında "Qarabağ"ın güclü rəqib olduğunu qeyd edib.

"Oyun ərzində biz standart vəziyyətlərlərdən maksimum dərəcədə yararlanmağa çalışırdıq, amma əfsuslar olsun ki, qol vura bilmədik", - Axsam deyib.

O, "Brügge" ilə görüşdə "Qarabağ"ın şanslarını yüksək giymətləndirib.

Xəbər lenti

Xəbər lenti