...

Azərbaycanda distant təhsilin tətbiqi üçün qanunvericilik təkmilləşdirilməlidir - rektor

Cəmiyyət Materials 25 İyul 2011 13:49 (UTC +04:00)
Azərbaycanın təhsil sistemində distant təhsilin tətbiqi üçün mövcud qanunvericilik təkmilləşdirilməlidir. Bunu Trend-ə Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov deyib.
Azərbaycanda distant təhsilin tətbiqi üçün qanunvericilik təkmilləşdirilməlidir - rektor

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil sistemində distant təhsilin tətbiqi üçün mövcud qanunvericilik təkmilləşdirilməlidir. Bunu Trend-ə Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov deyib.

Rektorun sözlərinə görə, qanunvericilikdə distant təhsil forması barədə qeyd edilsə də, onun hansı formada təşkili ilə bağlı məsələyə aydınlıq gətirilməyib.

"Artıq bir necə ildir ki, Azərbaycan Turizm İnstitutu, Xəzər və Qafqaz universitetləri distant təhsilin tətbiqi ilə bağlı alman təşkilatı ilə birgə layihə həyata keçirirlər. Distant təhsilin tətbiqi üçün Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var. Qanunvericilikdə belə bir təhsil formasının olduğu bildirilir. Ancaq bununla əlaqədar bəzi məsələlər daha da dəqiqləşdirilməlidir", - Cəfərov deyib.

Rektor bildirib ki, distant təhsilin forma və metodları sona qədər hazırlanmayıb. Buna görə də distant təhsilin hansı formada aparılması ilə bağlı beynəlxalq təcrübənin, onun tətbiqi ilə bağlı Azərbaycanda hansı vacib işlərin görülməsinin öyrənilməsinə ehtiyac var.

Cəfərov hesab edir ki, distant təhsilin tətbiqi üçün bır sıra texniki işlər görülməli, insanların şüurunda da müəyyən dəyişikliklər olmalıdır.

Onun fikrincə, ATİ-də qiyabi təhsil formasını ləğv etməyi nəzərdə tutsalar da, bunu tezliklə reallaşdıra bilməyəcəklər.

"Bununla bağlı böyük sistemli iş aparılmasına ehtiyac var. Qiyabi təhsilin təşkili ilə bağlı müəyyən suallar var. Güman etmirəm ki, qiyabi təhsil tezliklə ləğv oluna bilər. Sadəcə, bu təhsil formasının keyfiyyəti artırılmaqla formaları dəyişdirilməlidir", - rektor əlavə edib.

Xəbər lenti

Xəbər lenti