...

Azərbaycan Mətbuat Şurası Ali Media Mükafatına layiq görülənlərə verilən mükafatın məbləğini açıqlayıb

Cəmiyyət Materials 25 İyul 2011 14:14 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası (MŞ) Ali Media Mükafatına layiq görülən şəxslərə verilən pul mükafatının məbləğini açıqlayıb. MŞ-dan bazar ertəsi Trend-ə verilən məlumata görə, üç dərəcə üzrə on nəfər Ali Media Mükafatına layiq görülüb.
Azərbaycan Mətbuat Şurası Ali Media Mükafatına layiq görülənlərə verilən mükafatın məbləğini açıqlayıb

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurası (MŞ) Ali Media Mükafatına layiq görülən şəxslərə verilən pul mükafatının məbləğini açıqlayıb. MŞ-dan bazar ertəsi Trend-ə verilən məlumata görə, üç dərəcə üzrə on nəfər Ali Media Mükafatına layiq görülüb.

I dərəcəli nominasiya üzrə beş min manat pul mükafatı nəzərdə tutulub və bu mükafat mətbuat tarixinin öyrənilməsindəki səmərəli elmi fəaliyyətinə görə Bakı Dövlət Universitetinin professoru Şamil Vəliyevə və Bakı Dövlət Universitetinin müəllimi Nəsiman Yaqubluya verilib.

İki min manat pul mükafatı nəzərdə tutulan II dərəcəli nominasiya üzrə mükafata Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Teleqraf Agentliyinin ("AzərTAc") baş direktoru Aslan Aslanov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və "Azərbaycan" qəzetinin əməkdaşı Əhməd İsayev layiq görülüblər.

Min manat pul mükafatı nəzərdə tutulan III dərəcəli nominasiya üzrə Azərbaycan mətbuatındakı səmərəli fəaliyyətinə görə "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "Azərbaycan" qəzetinin şöbə müdiri Flora Xəlilzadə, "Ədalət" qəzetinin baş redaktor müavini Məzahir Əhmədoğlu və "Xalq cəbhəsi" qəzetinin redaktoru Arzu Şirinova mükafata layiq görülüblər.

Azərbaycan həqiqətlərinin xarici ölkələrdə təbliğinə görə Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov mükafata layiq görülüb.

"Azercell Telekom"un maliyyə dəstəyi ilə hazırlanan mükafatlar iyulun 22-də - Azərbaycan Milli Mətbuatının yaranmasının 136-cı il dönümündə qaliblərə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti