...

İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə yardım üçün beynəlxalq kampaniyaya başlayıb

Cəmiyyət Materials 11 Avqust 2011 11:56 (UTC +04:00)
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) Somalidə aclıq çəkənlərə Müqəddəs Ramazan ayı ərzində ərzaq yardımının təşkili üzrə beynəlxalq xeyriyyə kampaniyasına başlayıb. Bu barədə cümə axşamı Trend-ə İKGF-nin mətbuat xidmətindən məlumat verilib.
İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə yardım üçün beynəlxalq kampaniyaya başlayıb

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) Somalidə aclıq çəkənlərə Müqəddəs Ramazan ayı ərzində ərzaq yardımının təşkili üzrə beynəlxalq xeyriyyə kampaniyasına başlayıb. Bu barədə cümə axşamı Trend-ə İKGF-nin mətbuat xidmətindən məlumat verilib.

Kampaniyanın əsas məqsədi Somalidə aclıq çəkənlərə yardım etmək istəyənlərin fəaliyyətini koordinasiya etmək, ianələrin mərkəzləşdirilmiş və şəffaf formada toplanmasını, toplanmış vəsaitin Somalidə aclıq çəkənlərə çatdırılmasını təşkil etməkdir. Azərbaycan ərazisində yardım kampaniyasının təşkili İKGF-nun Avrasiya Regional Mərkəzi tərəfindən həyata keçiriləcək.

Bununla bağlı İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə yardım etmək istəyənləri Ramazan ayının 25-nə kimi (avqustun 25-26-sı) öz ianəsini kampaniyanın hesabına keçirməyə dəvət edir. Vəsaitlər kampaniyanın gedişatı ərzində Somaliyə çatdırılmağa başlayacaqdır.

Yardım etmək istəyənlər vəsaitləri İKGF-nun DƏ-İKGF Avrasiya Üzrə Regional Mərkəzi,
Azərbaycan Beynəlxalq Bankı Səbail filialı
HESAB No 33409019442412143209
S.W.I.F.T. KOD: IBAZAZ2X
KOD: 805551
VÖEN: 9900001881
CORR. ACC: 0137010002944

saylı bank hesabına köçürə bilər, ya da İKGF-nin Bakı ofisinin 598 11 62 və ya 492 11 52 nömrəli telefonuna zəng edərək deyilən ünvanlarda nağd ödəyə bilərlər. Ödənişlərin minimal həddi yoxdur. Bütün ödənişlərə müvafiq rəsmi qəbz verilir.

Xəbər lenti

Xəbər lenti