...

Almaniyanın ombudsmanı Bakıdadır

Cəmiyyət Materials 15 Avqust 2011 11:04 (UTC +04:00)
Almaniyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Almaniya Hokumətinin İnsan haqqları və Humanitar yardım uzrə muvəkkili, Markus Lüninq avqustun 14-də Bakıya səfər edib.
Almaniyanın ombudsmanı Bakıdadır

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Almaniyanın ombudsmanı Bakıya səfər edib.

Almaniyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Almaniya Hokumətinin İnsan haqqları və Humanitar yardım uzrə muvəkkili, Markus Lüninq avqustun 14-də Bakıya səfər edib.

Avqustun 17-dək davam edəcək səfər çərçivəsində almaniyalı muvəkkilin hüquq mudafiəciləri, hokumət, muxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə goruşləri nəzərdə tutulub.

Markus Lüninqin həbsxananı ziyarət etməyi və İnsan haqqları uzrə Alman İnstitutu və Azərbaycanın İnsan haqqları uzrə Ombudsmanı Elmira Suleymanova tərəfindən birgə təşkil olunan "BMT-nin xüsusi mexanizmi" adlı konfransda iştirakı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti