Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycan ombudsmanı "Yuvenal ədliyyə haqqında" qanunun indiyədək qəbul olunmamasından narahatdır.
Ombudsman Elmira Süleymanova Trend-ə açıqlamasında bildirib ki, "Yuvenal ədliyyə haqqında" qanunun qəbulu yubanır.
Onun sözlərinə görə, qanunla bağlı istər parlamentdə, istərsə də digər səviyyələrdə həddən artıq müzakirələr aparılıb.
"Yuvenal ədliyyə haqqında" qanunun qəbul olunması gündəlikdə duran ən vacib məsələlərdəndir və bu qanunun qəbul olunmasına ehtiyac var", - Süleymanova vurğulayıb.
Trend-in məlumatına görə, qanun layihəsi parlamentə təqdim olunub və Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə öyrənilib və layihənin hazırlanmasına beynəlxalq təşkilatların ekspertləri də cəlb olunublar.
Yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını, uşaq cinayətləri üzrə məhkəmə, prokur və vəkillərin ixtisaslaşdırılmasını nəzərdə tutur.
Azərbaycanda "Yuvenal ədliyyə haqqında" qanunun qəbuluna ehtiyac var - ombudsman
Azərbaycan ombudsmanı "Yuvenal ədliyyə haqqında" qanunun indiyədək qəbul olunmamasından narahatdır.