...

Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edir

Cəmiyyət Materials 18 Avqust 2011 11:52 (UTC +04:00)
Bakıda sabah mülayim küləklər gözlənilir
Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edir

Azərbaycan, Bakı, 18 avqust /Trend /

Azərbaycanda həftənin sonunadək havada rütubətin çox olması səbəbindən meteohəssas insanlarda diskomfort hissi yarana bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, həftənin sonunadək Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı temperatur şəraiti gözlənilsə də, havada rütubətin çox olması səbəbindən meteohəssas insanlarda diskomfort hissi yarana bilər.

Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti