...

Türkiyənin "Beşiktaş" klubunun prezidenti məhkəməyə çağırılıb

Cəmiyyət Materials 22 Avqust 2011 13:27 (UTC +04:00)
Türkiyənin "Beşiktaş" futbol klubunun prezidenti Yıldırım Demirören bu gün danışılmış oyunların təşkili haqqında ifadə vermək üçün məhkəməyə çağırılıb.
Türkiyənin "Beşiktaş" klubunun prezidenti məhkəməyə çağırılıb

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Türkiyənin "Beşiktaş" futbol klubunun prezidenti Yıldırım Demirören bu gün danışılmış oyunların təşkili haqqında ifadə vermək üçün məhkəməyə çağırılıb. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.

Bundan əvvəl bu iş çərçivəsində Türkiyənin "Trabzonspor" futbol klubunun prezidenti Sədri Şener və idarəetmə şurasının üzvü, Türkiyə Futbol Federasiyasının milli yığma üzrə cavabdehi Levent Qızıl saxlanılıb.

Danışılmış oyunların təşkilində şübhəli bilinən futbol məmurlarının saxlanılması üzrə polisin əməliyyatı iyulun 3-də səhər tezdən Türkiyənin 12 əyalətində, o cümlədən İstanbul və Ankarada eyni vaxtda başlayıb.

Türkiyə telekanallarının məlumatına görə, "Fənərbağça"nın prezidenti 2010-2011-ci il mövsümündə İstanbul klubu ilə "Əskişəhərspor" komandası arasında keçirilən və "sarı-lacivərdlər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşan razılaşdırılmış oyunla bağlı işin araşdırılması çərçivəsində saxlanılıb.

Türkiyə KİV saxlanılanların sayının artacağını istisna etmir. Bunun hətta 150-dək yüksələcəyi deyilir. Lakin bu məlumat hələ nki rəsmi mənbələrdən təsdiqlənməyib.

Bu, türk polisinin futbolda korrupsiyaya qarşı həyata keçirdiyi ikinci böyük əməliyyatdır. "Hürriyət" qəzetinin internet saytı xatırladır ki, 2010-cu ilin mart-aprelində Türkiyənin məşhur məşqçilərinin və futbolçularının olduğu 55 nəfər nəzarətə alınmışdı.

Xəbər lenti

Xəbər lenti