...

Fövqəladə Hallar Nazirliyi leysan yağışlarının vurduğu ziyanla bağlı rəsmi məlumat yayıb

Cəmiyyət Materials 22 Avqust 2011 16:08 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Balakən rayonunda leysan yağışlarının vurduğu ziyanla bağlı rəsmi məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi leysan yağışlarının vurduğu ziyanla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi Balakən rayonunda leysan yağışlarının vurduğu ziyanla bağlı rəsmi məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, son günlər Balakən rayonu ərazisindən keçən çaylarda suyun səviyyəsi artıb, rayonun Qabaqçöl qəsəbəsində, Şərif və İtitala kəndlərində bir sıra fərdi yaşayış evlərinin zirzəmiləri və həyətyanı sahələri yağış suları ilə dolub.

Həmçinin, Goranboy rayonunda Veyisli və Rəhimli kəndlərində də xeyli sayda fərdi evlərin zirzəmiləri və həyətyanı sahələri, həmçinin Bakı-Qazax avtomobil yolunun (320-ci km) kənarı yağış suları ilə dolub.

Hazırda qeyd olunan kəndlərdə nazirliyin və aidiyyəti qurumların müvafiq qüvvələri lazımi işləri görürlər.

Eləcə də Bakı-Qazax avtomobil yolunun (320-ci km) kənarına yığılmış yağış suları nazirliyin canlı qüvvə və texnikası vasitəsilə əkin sahələrinə yönəldilir.

Xəbər lenti

Xəbər lenti