...

Azərbaycan sinoptikləri yağmurlu hava şəraitinin davam edəcəyini bildirirlər

Cəmiyyət Materials 24 Avqust 2011 11:42 (UTC +04:00)
Azərbaycan ərazisində yağmurlu hava şəraiti avqustun 27-si gündüz saatlarınadək davam edəcək.
Azərbaycan sinoptikləri yağmurlu hava şəraitinin davam edəcəyini bildirirlər

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində yağmurlu hava şəraiti avqustun 27-si gündüz saatlarınadək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova çərşənbə günü Trend-ə bildirib ki, yaxın günlərdə buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Avqustun 27-də gündüz artıq yağışın tədricən kəsiləcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz saatlarında 23-28 dərəcə isti olacaq.

Yaxın günlərdə Azərbaycanın bölgələrində də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə isə yağışın leysan xarakterli olacağı ehtimalı var.

Temperaturun gündüz saatlarında Mərkəzi Aran rayonlarında 25-30, dağlar və dağətəyi rayonlarda isə 15-18 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır.

Məmmədova belə hava şəraitinin avqust ayı üçün xarakterik olduğunu qeyd edib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, Bakıya bu gün 10 mm yağış düşüb. Bu da aylıq yağıntının 150 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti