...

Siqaret çəkmək oynaqlarda və əzələlərdə ağrı yaradır

Cəmiyyət Materials 27 Avqust 2011 11:35 (UTC +04:00)
Tədqiqatçılar siqaret çəkməyin orqanizmə bütün məlum mənfi təsirlərindən əlavə, onun həm də skelet-əzələ ağrıları əmələ gətirdiyini də aşkar ediblər. Bu ağrılara siqaret çəkənlərdə tütündən istifadə etməyənlərə nisbətən daha tez-tez rast gəlinir. Trend-in məlumatına görə, bu barədə "Reuters" xəbər verir
Siqaret çəkmək oynaqlarda və əzələlərdə ağrı yaradır

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Tədqiqatçılar siqaret çəkməyin orqanizmə bütün məlum mənfi təsirlərindən əlavə, onun həm də skelet-əzələ ağrıları əmələ gətirdiyini də aşkar ediblər. Bu ağrılara siqaret çəkənlərdə tütündən istifadə etməyənlərə nisbətən daha tez-tez rast gəlinir. Trend-in məlumatına görə, bu barədə "Reuters" xəbər verir.

Kentukki Universitetinin alimləri 6 min qadının səhhəti haqqında məlumatları araşdırıblar. Mütəxəssislər yaş, zərərli vərdişlərin olub-olmaması, gün ərzində çəkilən siqaretlərin miqdarı kimi amilləri nəzərə alıblar. Məlum olub ki, gündə bir qutu siqaret çəkən şəxslər başqalarından daha çox xroniki oynaq və əzələ ağrıları hiss edirlər.

Ekspertlər belə nəticəyə gəliblər ki, siqaret çəkməklə kürəkdəki ağrılar qarşılıqlı əlaqəlidir. Çünki tütündən istifadə edənlərin əziyyət çəkdikləri öskürək qarındaxili təzyiqi artırır, bu da kürəkdə ağrıların yaranmasına gətirib çıxarır. Nikotin isə ağrı hissini azaldır ki, bundan da reseptorlar daha da həssas olur.

Xəbər lenti

Xəbər lenti