...

Bakda ingilis dili üzrə Beynəlxalq İnşa Olimpiadasının qalibləri mükafatlandırılıb

Cəmiyyət Materials 27 Avqust 2011 16:21 (UTC +04:00)
ABŞ-Azərbaycan təhsil mərkəzində şənbə günü ingilis dili üzrə təşkil olunmuş Beynəlxalq İnşa Olimpiadasının mükafatlandırılma mərasimi keçirilib.
Bakda ingilis dili üzrə Beynəlxalq İnşa Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir M.Əliyev/

ABŞ-Azərbaycan təhsil mərkəzində şənbə günü ingilis dili üzrə təşkil olunmuş Beynəlxalq İnşa Olimpiadasının mükafatlandırılma mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə müsabiqənin mükafatçıları olmuş 8 azərbaycanlı gəncə sertifikatlar və hədiyyələr təqdim olunub.

Müsabiqədə Azərbaycanın bütün regionlarından 483 nəfər - 6-11-ci sinif şagirdləri və ali məktəblərin tələbələri iştirak ediblər.

İngilis dili üzrə Beynəlxalq İnşa Olimpiadası ilk dəfə 2004-cü ildə Gürcüstanda təşkil olunub. Bu il müsabiqədə Azərbaycan, Gürcüstan, Moldova, Albaniya, Bolqarıstan, Kamboca, Monqolustan, Ukrayna və Ermənistandan 4867 nəfər iştirak edib.

Tədbirdə qeyd olunub ki, müsabiqədə ən çox mükafat qazanan azərbaycanlı və ukraynalı şagird və tələbələr olub.

Xəbər lenti

Xəbər lenti