...

Ermənistanın ən yüksək maaş alan vəzifəli şəxslərinin siyahısına hakimlər başçılıq edir

Cəmiyyət Materials 31 Avqust 2011 13:23 (UTC +04:00)
"Aykakan Jamanak" qəzeti Ermənistanın ən yüksək əməkhaqqı alan vəzifəli şəxslərinin siyahısını dərc edib.
Ermənistanın ən yüksək maaş alan vəzifəli şəxslərinin siyahısına hakimlər başçılıq edir

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Ermənistanın "Aykakan Jamanak" qəzeti ölkənin ən yüksək əməkhaqqı alan vəzifəli şəxslərinin siyahısını dərc edib. Siyahıda ilk otuz yeri hakimlər, Mərkəzi Bankın və güc strukturlarının nümayəndələri tutur.

Maraqlıdır ki, yazı müəllifinin vəzifəsini göstərmədiyi Ermənistan Prezidenti Serj Sarkisyanın maaşı 400 min dramdan (1000 dollardan çox) artıqdır.

Siyahıda ilk üç yeri aylıq əməkhaqqısı 1,716 milyon dram (4,7 min dollar) olan Kassasiya məhkəməsinin Cinayət palatasının sədri David Avetisyan, 1,425 milyon dramla (3,9 min dollar) Apelyasiya Cinayət Məhkəməsinin sədri Tiqran Saakyan və 1,36 milyon dramla (3,7 min dollar) Kassasiya məhkəməsinin sədri Arman Mkrtumyan tutur.

Məqaləyə görə, Ermənistan Mərkəzi Bankının rəhbəri Artur Cavadyan ayda 1,345 milyon dram (3,66 min dollar), onun müavini Nerses Yeritsyan 1,166 milyon dram (3,17 min dollar), baş prokuror Aqvan Ovsepyan isə 1,176 milyon dram (3,2 min dollar) maaş alır.

Xüsusi İstintaq Xidmətinin rəhbəri Andranik Mirzoyanın aylıq məvacibi 764 min dram (2,1 min dollar), Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın isə 350 min dram (950 dollar) təşkil edir. Dövlət Gəlirləri Komitəsinin sədri Qaqik Xaçatryanın aldığı əməkhaqqı 408 min dramdır (1,1 min dollar).

Baş nazir Tiqran Sarkisyan ayda 340 min dram (920 dollar), onun müavini - ərazi idarəçiliyi naziri Armen Gevorkyan isə 325 min dram (880 dollar) əməkhaqqı alır.

Digər nazirlərin, eləcə də Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Akopyan, polis rəisi Alik Sarkisyan, Yerevanın meri Karen Karapetyan, Milli Statistika Xidmətinin rəisi Stepan Mnatsakanyan və hökumət aparatının rəhbəri David Sarkisyan hər biri 300 min dram (815 dollar) maaş alır.

Xəbər lenti

Xəbər lenti