...

Prokurorluq sistemində kadr dəyişikliyi olub

Cəmiyyət Materials 1 Sentyabr 2011 10:07 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror Zakir Qaralovun əmri ilə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev Başı şəhər prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin böyük prokuroru vəzifəsinə təyin olunub.
Prokurorluq sistemində kadr dəyişikliyi olub

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Prokurorluq sistemində kadr dəyişikliyi olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, baş prokuror Zakir Qaralovun əmri ilə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev Bakı şəhər prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin böyük prokuroru vəzifəsinə təyin olunub.

Digər əmrlə Nizami rayon prokurorunun köməkçisi Günel Əkbərova isə tutduğu vəzifədən azad olunub, ona Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinin icrası həvalə edilib.

Xəbər lenti

Xəbər lenti