...

Allahşükür Paşazadəyə "Xoşməramlı səfir" titulu verilib

Cəmiyyət Materials 2 Sentyabr 2011 14:30 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəyə "Xoşməramlı səfir" titulu verilib.
Allahşükür Paşazadəyə "Xoşməramlı səfir" titulu verilib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəyə "Xoşməramlı səfir" titulu verilib.

İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi Paşazadəni qızıl medalla təltif edib və ona "Xoşməramlı səfir" titulu verib. Bu barədə beynəlxalq təşkilatın prezidentinin Paşazadəyə ünvanladığı məktubda məlumat verilib.

Məktubda bildirilib ki, QMİ-nin sədri nüfuzlu təşkilatın təsis etdiyi bu mükafatlara dövlət və cəmiyyət qarşısındakı xidmətlərinə, müsəlmanların dünyaya inteqrasiyasındakı roluna, Qafqazda sülhün, əmin-amanlığın bərpasında, dinlərarası münasibətlərin möhkəmləndirilməsində, tolerantlıq mühitinin formalaşmasında çoxillik fəaliyyətinə görə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti